Tərtər. Trend:
Alban-Udi dini icmasının Erməni işğalından azad edilən Tərtər rayonunun Suqovuşan qəsəbəsinə səfəri başlayıb.
Trend-in məlumatına görə, İcma üzvləri Suqovuşan da yerləşən kilsəni ziyarət ediblər.
Alban-Udi Xristian Dini İcmasının üzvləri 26 iyun Azərbaycan ordusunun yaranma günü münasibəti ilə tarixi torpaqlarımıza səfərləri zamanı Suqovuşanda olan V əsrə aid olan və ermənilərin 1898 - ci ilədə bərpa edərək erməni məbədi kimi qələmə verdikləri Alban mədəni irsinə aid olan tarixi məkanı ziyarət ediblər.
Kilsədə dini ayin icra edilib. Ziyarət zamanı icma üzvləri şamlar yandırıb dualar oxuyublar.
Daha sonra icma üzvləri Talış kəndə yola düşəcəklər. Alban kilsəsin ziyarət edəcəklər.