...

Azərbaycan məktəbliləri Londonda keçirilən Olimpiadada yüksək nəticələr əldə ediblər (FOTO)

Cəmiyyət Materials 19 İyul 2022 14:38 (UTC +04:00)
Azərbaycan məktəbliləri Londonda keçirilən Olimpiadada yüksək nəticələr əldə ediblər (FOTO)

Bak. Trend:

Böyük Britaniyanın London şəhərində təşkil edilmiş Beynəlxalq Qrinviç Olimpiadasında (International Greenwich Olympiad) Azərbaycan məktəbliləri yüksək nəticə əldə edib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, final mərhələsində 30 ölkədən 90 layihənin iştirak etdiyi olimpiadada 18 şagirdimiz müxtəlif medallara layiq görülüb.

Olimpiada “Kompüter elmləri”, “Enerji”, “Mühəndislik”, “Ekologiya və ətraf mühit”, “Qısa film” və “Sosial elmlər” kateqoriyaları üzrə keçirilib. Təhsil Nazirliyinin nəzdindəki 6 nömrəli məktəb-liseyin şagirdi Atilla Cəfərli, “Oxbridge Baku”-nun şagirdi İbrahim Abdullayev “Enerji” kateqoriyası üzrə, Təhsil Nazirliyinin nəzdindəki 6 nömrəli məktəb-liseyin şagirdləri Murad Seyidzadə və Səid Kərimli isə “Kompüter elmləri” kateqoriyası üzrə qızıl medal qazanıblar.

Həmçinin şagirdlərimiz müxtəlif kateqoriyalar üzrə 12 gümüş, 2 bürünc medala layiq görülüblər.

Xəbər lenti

Xəbər lenti