...

Ombudsman təsisatında yeni maarifləndirici broşür hazırlanıb (FOTO)

Cəmiyyət Materials 21 İyul 2022 20:39 (UTC +04:00)
Ombudsman təsisatında yeni maarifləndirici broşür hazırlanıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının 20 illiyi münasibətilə həyata keçirilən tədbirlər və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBILAZE 2)” layihəsi çərçivəsində “Azərbaycan Ombudsmanı və miqrantların hüquqlarının müdafiəsi” adlı broşür hazırlanıb.

Bu tematik vəsait Ombudsmanın mandatı, miqrasiya konteksində insan hüquqlarının təşviqi və müdafiəsi, Azərbaycan Respublikası ərazisində olan əcnəbilərin hüquqlarının müdafiəsi, xarici ölkələrdə soydaşlarımızın hüquqlarının müdafiəsi, milli preventiv mexanizm fəaliyyəti, miqrantların informasiya əldə etmək hüququnun müdafiəsi, miqrasiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla və xarici dövlətlərin ombudsman təsisatları ilə əməkdaşlıq və digər sahələrə dair məlumatları özündə ehtiva edir.

Broşür, həmçinin MOBILAZE 2 layihəsi çərçivəsində Ombudsmanın nümayəndələri tərəfindən Dövlət Miqrasiya Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları üçün xüsusi təlim proqramı çərçivəsində keçiriləcək treninqlərdə iştirakçılar arasında paylanacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti