...

Müəllimlərin sertifikasiyası üzrə müsahibə nəticələri barədə məlumat açıqlanıb

Cəmiyyət Materials 14 Sentyabr 2022 13:56 (UTC +04:00)
Müəllimlərin sertifikasiyası üzrə müsahibə nəticələri barədə məlumat açıqlanıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 12-dən etibarən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələlərində 3813 nəfər iştirak edib.

Bu barədə Trend-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, hazırda müsahibələrin nəticələri emal olunur.

Emalı başa çatmış müsahibə nəticələri ilə bağlı məlumat təhsilverənlərin şəxsi səhifəsinə göndərilib. Təhsilverənlər gün ərzində nəticələr barədə mərhələli şəkildə məlumatlandırılacaq.

Müsahibələr 19 sentyabradək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti