...

Müharibədən əziyyət çəkmiş 345 vətəndaşa psixoloji yardım göstərilib

Cəmiyyət Materials 20 Sentyabr 2022 10:45 (UTC +04:00)
Müharibədən əziyyət çəkmiş 345 vətəndaşa psixoloji yardım göstərilib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən müharibədən və erməni terrorundan fiziki-mənəvi zərər görmüş vətəndaşlara psixoloji yardım davam etdirilir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin rəisi, tibb xidməti polkovniki Xanım Sofiyeva deyib.

O bildirib ki, Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, o cümlədən qazilərin, doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə yenidən Türkiyədən gəlmiş 20 nəfərdən artıq peşəkar psixoloq FHN-in mütəxəssisləri ilə birgə sentyabrın 5-dən etibarən psixoloji yardım işinə başlayıblar.

"Belə ki, ötən müddət ərzində 345 vətəndaşa, o cümlədən 33 uşağa 511 seans psixoloji yardım göstərilib.

Xatırladırıq ki, Bakı, Gəncə, Sumqayıt, Qəbələ, Bərdə və Lənkəran şəhərlərində ödənişsiz həyata keçirilən psixoloji yardım üçün vətəndaşlar Nazirliyin “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər",- mərkəz rəisi qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti