...

Azərbaycan böyrək nəqlində qardaş Türkiyə təcrübəsindən istifadə edir - Şöbə müdiri

Cəmiyyət Materials 23 Sentyabr 2022 20:33 (UTC +04:00)
Azərbaycan böyrək nəqlində qardaş Türkiyə təcrübəsindən istifadə edir - Şöbə müdiri

Bakı. Trend:

Azərbaycan böyrək nəqlində qardaş Türkiyə təcrübəsindən istifadə edir.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Tibb Universitetinin tədris cərrahiyə klinikasının transplantologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Anar Namazov bildirib.

O qeyd edib ki, artıq Azərbaycanda fərqli mərkəzlərdə 500-dən çox böyrək nəqli əməliyyatı həyata keçirilib.

"Türkiyədə də ən çox böyrək köçürülən mərkəz Antalyadakı “Akdeniz” Universitetidir. Azərbaycan Tibb Universitetinin İstanbuldakı “Bilim” Univesiteti və “Akdeniz” Universiteti ilə müqaviləsi var. Hər iki universitetin təcrübəsi Azərbaycanda tətbiq edilir”, -deyə o qeyd edib.

A.Namazov onu da əlavə edib ki, orqan nəqli sahəsində Koreyada “Asan Medical Center” var və onların da təcrübəsi Azərbaycanda geniş istifadə olunur.

Onun sözlərinə görə, Azərbaycanda və eləcə də, Qafqazda ilk dəfə böyrək nəqli 1971-ci ildə mart ayının 4-də akademik Mirməmməd Cavadzadə tərəfindən həyata keçirilib.

“Müstəqillik illərində, 2005-ci ildə Mirəsədulla Mirqasımov adına Respublika klink xəstəxanasında professor Kamal Abdullayevin rəhbərliyi ilə iranlı həkimlərin dəstəyi ilə bir neçə böyrək nəqli olub. Azərbaycanda böyrək nəqli 2008-ci ildən sonra daha geniş vüsət alıb və Mərkəzi Neftçilər Xəstəxanasında başlayan bu proses günümüzdə sürətlə inkişaf etməkdədir”, - deyə A.Namazov qeyd edib.

A.Namazov bildirb ki, böyrək köçürməsinə müxtəlif hallarda ehtiyac ola bilər.
“Böyrəklərin vəziyyətinin sıradan çıxmasında, diabeti olan xəstələrdə (diabetik nefropatiya), uzunmüddətli təzyiqdən (hipertaniya) əziyyət çəkən xəstələrdə, anadangəlmə polikistoz böyrəkdə, anadangəlmə irsi faktorlar böyrək köçürməsinə səbəb ola bilər. Hazırda Azərbaycanda canlıdan canlıya böyrək nəqli icra olunur. Lakin yaxın gələcəkdə ölmüş insanlardan da orqan nəqlinin gerçəkləşəcəyi istisna edilmir”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti