Bakı. Trend:
Vətən müharibəsinin ikinci ildönümü ərəfəsində şəhidlərimizə ehtiram əlaməti olaraq sentyabrın 27-də Anım Günü ilə əlaqədar Müdafiə Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, hər iki nazirliyin və Abşeron rayon İcra Hakimiyyətinin nümayəndələri, ANAMA əməkdaşları, şəhid ailələri və müharibədə sağlamlıqlarını itirən vətəndaşlarımızın iştirakı ilə keçirilən tədbirdə 1000-dən artıq Eldar şamı və zeytun ağacı əkilib.
Şəhidlərimizin əziz xatirəsi digər bölgələrimizdə də ağacəkmə tədbirləri ilə anılıb.