...

Ötən il 81,6 min körpəni 15-29 yaşda olan qadınlar dünyaya gətirib

Cəmiyyət Materials 28 Sentyabr 2022 13:30 (UTC +04:00)
Ötən il 81,6 min körpəni 15-29 yaşda olan qadınlar dünyaya gətirib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ölkə əhalisinin 2,3 milyon nəfərini və ya 22,1 faizini gənclər təşkil edir.

Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan "Azərbaycan gəncləri" statistik məcmuəsində qeyd edilib.

Bildirilib ki, gənclərin 50,5 faizi şəhər yerlərində, 49,5 faizi isə kənd yerlərində yaşayır. Gənclərin 47,5 faizini qadınlar təşkil edir.

2021-ci ildə 15-29 yaşda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 81,6 min
nəfər olub və bütövlükdə doğulan körpələrin 72,7 faizi gənc anaların payına
düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti