...

352 hərbçi yüksək texnologiyalı protezlərlə təmin edilib

Cəmiyyət Materials 30 Sentyabr 2022 10:12 (UTC +04:00)
352 hərbçi yüksək texnologiyalı protezlərlə təmin edilib

Trend-i buradan izləyin

Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

I və II Qarabağ müharibəsi əlillərindən ibarət 352 şəxsə 367 yüksək texnologiyalı müasir protezlər verilib.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

"Vətən müharibəsindən sonrakı dövrdə Prezident İlham Əliyevin tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid olan qəhrəmanlarımızın ailələri, müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyata keçirir. Bu tədbirlərin tərkib hissəsi kimi postmüharibə dövründə 11 min nəfərə 34 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti, o cümlədən 2554 nəfərə reabilitasiya müəssisələrində xidmətlər göstərilib.

I və II Qarabağ müharibəsi əlillərindən ibarət 352 şəxsə 367 yüksək texnologiyalı müasir protezlər verilib", - məlumatda deyilir.

Bildirilir ki, 1605 müharibə əlili 25 min reabilitasiya vasitəsi ilə təmin olunub, 3 minədək ailənin üzvlərinə psixoloji dəstək göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti