...

Azərbaycanda ehtiyac meyarı artırılır

Cəmiyyət Materials 25 Oktyabr 2022 10:08 (UTC +04:00)
Azərbaycanda ehtiyac meyarı artırılır
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda ehtiyac meyarının həddi artırılır.

Trend-in məlumatına görə, bu barədə oktyabrın 24-də Milli Məclisə daxil olmuş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.

Bildirilib ki, növbəti ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat nəzərdə tutulur. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşmiş olacaqdır.

Qeyd edək ki, 2022-ci il üçün ehtiyac meyarı 200 manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti