...

Bu gün meşə fondu torpaqlarında 5000 ağac əkilib (FOTO)

Cəmiyyət Materials 25 Oktyabr 2022 17:03 (UTC +04:00)
Bu gün meşə fondu torpaqlarında 5000 ağac əkilib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ölkə ərazisini əhatə edən ağacəkmə tədbirləri bu gün Quba, Tovuz, Ağcabədi, Qəbələ, Şəki, Şabran rayonlarının meşə fondu torpaqlarında həyata keçirilib. Gün ərzində ümumilikdə 15 hektar ərazidə 5000 ədəd ting əkilib, 1000 kiloqramdan artıq palıd toxumu səpilib.

Bunu Trend-ə Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib.

O qeyd edib ki, payız ağac əkini mövsümü başlayandan bugünədək ölkə ərazisinin meşə fondu torpaqlarının açıq və seyrək ərazilərinin 45 hektar sahəsində 20 000 ədəd ting əkilib, 3000 kiloqram toxum səpilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti