Bakı. Trend:
COVID-19 pandemiyası hər bir ölkənin özünü tibbi məhsulları ilə təmin etməsinin strateji məsələ olduğunu önə çıxarıb. B
Trend-in məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev cümə axşamı "Medinex" və "Beauty Azerbaijan" sərgisinin açılış mərasimində çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən tibb müəssisələri ən son müasir texnoloji avadanlıqlarla təchiz olunur və maddi-texniki baza gücləndirilir.
"Tibb mütəxəssislərinin peşəkarlıqlarının artırılması istiqamətində görülən işlərə xüsusi diqqət ayrılır. İnnovativ məhsulların tanıdılmasına yönəlmiş sərgilərin keçirilməsini yüksək qiymətləndiririk. 2023-cü ildə səhiyyə və tibb elmi sahəsində nüfuzlu beynəlxalq elmi nəşrlərin tanıdılmasına həsr olunan tədbirin təşkilini təklif edirəm. Səhiyyə Nazirliyi belə bir tədbirin təşkili üçün lazımi dəstəyi verməyə hazırdır", - deyə T. Musayev əlavə edib.