Bakı. Trend:
Hadrut, Tuğ, Suqovuşan və Talış kəndlərinin baş planlarının hazırlanması yekunlaşmaqdadır.
Trend-in məlumatına görə, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Prezident İlham Əliyevin rəhbərliyi ilə postkonfilikt quruculuğu modeli" mövzusunda bu gün keçirilən konfransda deyib.
Onun sözlərinə görə, indiyədək 260-dan çox şəxs mina partlayışı nəticəsində yaralanıb və həyatını itirib: "Azad edilən ərazilərin 13 faizi minalardan təmizlənib. Bu proses hazırda da davam etdirilir", - E.Hüseynov əlavə edib.