...

Gömrük Akademiyasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 4 Noyabr 2022 20:44 (UTC +04:00)
Gömrük Akademiyasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Noyabrın 4-də Dövlət Gömrük Komitəsinin Akademiyasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları, tələbələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və qazilər iştirak ediblər.

Tədbirin açılışında ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə giriş nitqi ilə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov tədbir iştirakçılarını şanlı qələbə münasibətilə təbrik edərək, Zəfər Gününü Azərbaycan tarixinin ən parlaq səhifəsi adlandırıb. Qulu Novruzov Azərbaycan xalqının tarixinə qısa nəzər salaraq, qəhrəman oğullarımızın canı-qanı bahasına qazanılan bu zəfərin ulu öndər Heydər Əliyev strategiyasının, onun layiqli davamçısı Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasətinin, qüdrətli Azərbaycan ordusunun, eləcə də ölkənin iqtisadi inkişafının Zəfəri olduğunu qeyd edib. Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasında gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edən Akademiya rəisi, şəhidlərimizin müqəddəs ruhu qarşısında hər birimizin borclu olduğunu və gələcək nəsillərə zəfərlərlə dolu bir tarixin ötürülməsinin vacibliyini qeyd edib. Sonda Qulu Novruzov şəhid ailələrinə Allahdan səbir, qazilərimizə isə şəfa diləyib.

Sonra şəhid valideynləri çıxış edərək ölkə rəhbərliyi və dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan məmnun olduqlarını bildirib, şəhidlərimizin xatirələrinin anılması istiqamətində təşkil edilən bu cür önəmli tədbirə görə Akademiya rəhbərliyinə təşəkkür ediblər.

Tədbirdə Vətən müharibəsi iştirakçıları və qazilər keçdikləri döyüş yolundan və 30 il sonra Azərbaycan Ordusunun qazandığı şanlı qələbədən qürurla bəhs edərək, gənclərə müstəqil dövlətimizin inkişafı üçün səylə çalışmağı tövsiyə ediblər.

Çıxışlardan sonra Zəfər gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbir Akademiyamın tələbələrinin ifasında bədii kompozisiya ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti