...

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti haqqında videoçarx hazırlanıb

Cəmiyyət Materials 18 Noyabr 2022 09:41 (UTC +04:00)
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti haqqında videoçarx hazırlanıb

Bakı. Trend:

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) fəaliyyəti haqqında videoçarx hazırlanıb.

Trend-in məlumatına görə, videoçarxda qeyd olunur ki, 100 ildən artıq tarixə malik Azərbaycan Qızıl Aypara Cəmiyyəti Respublikada dövlət qanunu ilə rolu müəyyən olunmuş ən böyük humanitar təşkilatdır.

Cəmiyyət dünyanın ən nəhəng humanitar qurumu olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ölkəmizdə tam və bərabərhüquqlu üzvüdür. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları və könüllüləri hər zaman milliyyət, irq, dini inanc, sinif və siyasi fikir ayrı-seçkiliyi etmədən insanlara humanitar yardım göstərirlər.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəsmi internet səhifəsi: www.redcrescent.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti