...

AHİK-in nümayəndə heyəti Avstraliyada beynəlxalq tədbirdə iştirak edir (FOTO)

Cəmiyyət Materials 18 Noyabr 2022 10:53 (UTC +04:00)
AHİK-in nümayəndə heyəti Avstraliyada beynəlxalq tədbirdə iştirak edir (FOTO)

Bakı. Trend:

Avstraliya İttifaqının Melburn şəhərində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) V Dünya Qurultayı keçirilir.

Qurultayda BHİK-ya üzv ölkələrin həmkarlar ittifaqlarının nümayəndələri iştirak edirlər.

Ölkəmizi tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti təmsil edir.

Avstraliya Həmkarlar İttifaqları Şurasının prezidenti xanım Mişel Oneil tədbirin açılış mərasimində çıxış edib, qurultayın işinə uğurlar arzulayıb.

BHİK-nın Baş katibi xanım Şaran Burrou son 4 ildə rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirilən layihələr, tətbiq edilən yeniliklər barədə hesabat verib. Qeyd edək ki, BMT-nin Baş katibi Antonio Quterreş açılış mərasiminə onlayn qaydada qoşulub.

Qurultayın ikinci günü seçki hesablama komissiyasının tərkibi müəyyənləşib.

Sonra Plenar iclasda milli həmkarlar ittifaqlarının məruzələri dinlənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti