...

Gömrük Akademiyasında xüsusi təlim keçirilib

Cəmiyyət Materials 26 Noyabr 2022 02:01 (UTC +04:00)

Bakı. Trend:

24-25 noyabr 2022-ci il tarixlərində Dövlət Gömrük Komitəsinin Akademiyasında ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinin müvafiq struktur bölmələrinin əməkdaşları üçün xüsusi təlim keçirilib.

Trend xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Akademiyası və Əməliyyat-İstintaq Baş İdarəsinin birgə təşkil etdiyi və ümumilikdə 39 nəfər gömrük əməkdaşının qatıldığı təlim Əməliyyat-istintaq Baş İdarəsinin İstintaq və təhqiqat idarəsi rəisinin müavini Novruz Hacıyev, Əməliyyat-istintaq Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin İstintaq şöbəsinin rəisi İlkin Bağırov və Akademiyanın “Hüquq və humanitar elmlər” kafedrasının baş müəllimi Şahin Hüseynov tərəfindən təqdim edilib.

Təlimin açılışında çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov iştirakçıları salamlayaraq gömrük əməkdaşlarının peşə hazırlığının artırılması, həm nəzəri, həm də praktiki bilik və bacarıqların təkmilləşdirilməsi və inkişafı məqsədilə təşkil edilən təlimin əhəmiyyətindən bəhs edib. Q. Novruzov iştirakçılara mövzuları dərindən mənimsəməyi, təlimdən maksimum faydalanmağı tövsiyə edərək onların hər birinə uğurlar arzulayıb.

Təlimdə “Gömrük orqanları tərəfindən ibtidai araşdırma zamanı maddi sübut kimi götürülmüş qiymətli metallar və daşların, zərgərlik əşyalarının, milli və xarici valyuta ilə nağd pulların, qiymətli kağızların və sair əşyaların qablaşdırılması və məsul saxlanışa verilməsi qaydaları”, “Gömrük nəzarəti zamanı mallardan prob və nümunələrin, o cümlədən maddi sübut qismində hüquqpozma predmetlərinin kriminalistik taktikalara uyğun götürülməsi və düzgün qablaşdırılması” və sair mövzularda iştirakçılara məlumatlar verilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Sonda təlim iştirakçılarının biliklərinin qiymətləndirilməsi prosesi keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti