...

Ölkəmizdə yaşayan əcnəbilərin sayı açıqlandı

Cəmiyyət Materials 16 Dekabr 2022 15:57 (UTC +04:00)
Ölkəmizdə yaşayan əcnəbilərin sayı açıqlandı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda ölkəmizdə 167 min əcnəbi yaşayır. Bunların içərisində qonşu ölkələr- Rusiya, Gürcüstan, İran, Türkiyə və Ukrayna vətəndaşları üstünlük təşkil edir.

Trend-in məlumatına görə, bunu bu gün Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Ukraynadakı hadisələrə görə hazırda ölkəmizdə 7 036 Ukrayna vətəndaşı yaşayır.

“İrandan da Azərbaycana gələnlər var. Onlar hava yolu ilə ölkəmizə daxil olurlar”, - deyə V.Hüseynov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti