Qusar. Trend
Qış mövsümündə ölkəmizə turistlər ən çox Rusiya, Türkiyə, İran və Ərəb ölkələrindən gəlir.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosunun Turizm məhsulu sektorunun müdiri Günel Bədəlova bu gün Azərbaycanda qış turizminin potensialı və "Şahdağ" Turizm Mərkəzinin qış mövsümünə hazırlığına həsr olunan təqdimat mərasimində məlumat verib.
Onun sözlərinə görə, qış turizm bölgələrində hotellərdə qalma faizinin 40% xarici turistlərin payına düşür.
“Xarici turistlər qışda dincəlmək üçün əsasən şimal və qərb bölgələrinə üz tuturlar. Bundan başqa, Naftalanda müalicəvi neft vannaları, Bakıdakı qədim hamamlar, paytaxtda təşkil edilən yarmarkalar da turistləri cəlb edir”, - deyə o qeyd edib.