...

Xaricdə yaşayan azərbaycanlı İKT mütəxəssislərinə vergi güzəştlərinin tətbiqi təklif edilir

Cəmiyyət Materials 19 Dekabr 2022 12:26 (UTC +04:00)
Xaricdə yaşayan azərbaycanlı İKT mütəxəssislərinə vergi güzəştlərinin tətbiqi təklif edilir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Xaricdə yaşayan və İKT sahəsində işləyən azərbaycanlı mütəxəsislərə vergi güzəştlərinin tətbiq edilməsi təklif edilir.

Trend-in məlumatına görə, bu təkliflə deputat Məşhur Məmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zaman deyib.

O qeyd edib ki, Məcəlləyə xaricdə yaşayıb-işləyən Azərbaycan vətəndaşlarının geri qayıtması üçün əlavələr etmək olar ki, ölkə xaricində işləyən azərbaycanlılar da geri qayıdarsa onlara da vergi güzəştləri tətbiq edilsin.

O qeyd edib ki, bu vergi güzəştlərini xaricdə fəaliyyət göstərən Azərbaycan şirkələrinə də şamil etmək olar. "Kadr məsələsi ən vacib məsələdir. Biz xaricdə yetişən mütəxəssislərə vergi güzəşti edib, müəyyən vəsaitdən keçiriksə azərbaycanlı mütəxəssislər üçün də bunu etmək olar. Gələcəkdə bu sahədə mütəxəsislərin daha çox və keyfiyətli hazırlanması üçün düşünürəm ki, belə kadrlar hazırlayan şirkətlərimizə də müəyyən vergi güzəştləri verilməsi vacib məsələdir", - deyə deputat əlavə edib.

Xəbər lenti

Xəbər lenti