...

"Hirkan" meşələrinin UNESCO-nun irs siyahına salınması gözlənilir

Cəmiyyət Materials 13 Yanvar 2023 10:49 (UTC +04:00)
"Hirkan" meşələrinin UNESCO-nun irs siyahına salınması gözlənilir
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ildə "Hirkan" meşələrinin UNESCO-nun irs siyahına salınması istiqamətində müsbət nəticə əldə olunması gözlənilir.

Trend-in məlumatına görə, bunu bu gün Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bununla bağlı son yekun sənədlər təqdim edilib və qarşı tərəfdən hər hansı etiraz bildirilməyib:

"Eyni zamanda palçıq vulkanları və Zaqatala qoruğu ilə bağlı beynəlxalq layihələr davam edir. Zaqatala biosfer rezervartının vətəndaşlar üçün daha əlçatan olması nəzərdə tutulur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti