...

Ötən il Azərbaycanda uşaqlar arasında ən çox göz xəstəliyi aşkarlanıb

Cəmiyyət Materials 28 Yanvar 2023 11:15 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycanda uşaqlar arasında aşkarlanan ən çox xəstəlik göz xəstəliyi olub.

Bu barədə Trend-ə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Məlumatda bildirilib ki, ötən il uşaqlar arasında aparılan müayinələr zamanı aşkar olunan xəstəliklər arasında göz xəstəlikləri - 25% (əsasən yaxındangörmə) olub.

"Bundan başqa müayinə olunanların 20 faizi həzm sistemi (əsasən stomotoloji), 13.5% tənəffüs sistemi (əsasən LOR), 12.3% sümük-əzələ sistemi (əsasən qamətin pozulması) xəstəlikləri üstünlük təşkil edir.

Uşaqların peyvənd təqvimi üzrə immunizasiya işinin yekun hesabatına əsasən 2021-ci ildə COVID-ə görə bu işə nəzarət zəif olub, 2022-ci ildə uşaqlar arasında poliomielit əleyhinə peyvənd ilə əhatə olunması - 85% (əksgöstəriş 5 %), pnevmokok -77% (əksgöstəriş 4 %), HİB -77% (əksgöstəriş 3 %), QPM-71% (əksgöstəriş 5 %) təşkil edib.

Cari ildə immunizasiya, xəstəliklərin erkən aşkar olunması və vaxtında müalicəyə cəlb olunması məqsədilə sahə həkimlərinin patronaj işinin və valideynlər arasında sanitariya maarifi işinin aparılmasına nəzarətin gücləndirilməsi, profilaktik müayinələrin ambulator şəraitdə aparılması istiqamətində işlər davam etdiriləcək",-məlumatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti