Bakı. Trend:
Naxçıvanda seçici siyahılarının dəqiqləşdirilməsinə xüsusi diqqət yetirmək lazımdır.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, bir çox vətəndaşlar Naxçıvana geri qayıtmaq istəyir.
“Onlara xüsusi diqqət etməlisiniz. Həmin vətəndaşların siyahı üzrə qeydiyyatda olmasına diqqət yetirmək lazımdır”, - deyə o qeyd edib.