...

Türkiyədə zəlzələdə həlak olan tələbələrdən ikisi Sumqayıtda dəfn ediləcək

Cəmiyyət Materials 16 Fevral 2023 10:31 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələrdən ikisi Sumqayıt şəhərində dəfn ediləcək.

Trend-in məlumatına görə, zəlzələ nəticəsində həlak olan Gündüz Nəzərzadə Sumqayıt şəhər qəbirstanlığında, Hümam İsmayıllı isə Corat qəsəbəsindəki qəbirstanlığında dəfn ediləcək.

Hər iki tələbə ilə evlərində vida mərasimi keçiriləcək.

Qeyd edək ki, hadisə nəticəsində həlak olan tələbə Samir Quliyev Gədəbəy rayonunun İnəkboğan kəndində, Şahin Vəliyev isə Gəncə şəhərində torpağa tapşırılacaq.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Türkiyədəki zəlzələdə 10 nəfər Azərbaycan vətəndaşı da həlak olub

Məqalədə:
Xəbər lenti

Xəbər lenti