Bakı. Trend:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Agentlikdən Trend-ə verilən məlumata görə, 15 fevral tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Ağcabədi, Xaçmaz rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 9 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 7 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Bakı şəhəri üzrə |
|||
1. |
Novruzov Əlixan Ələmşad oğlu |
Binəqədi rayonu, 10 May küçəsi |
Yenidən bərpa edilmiş qurğular sökülüb |
2. |
Beydiyev Əkbər Kamran oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
3. |
İsmayılov Anar Yusan oğlu |
Xətai rayonu, X.Məmmədov küçəsi 218 |
İnzibati protokol tərtib edilib |
4. |
Məmmədov Ziya Yavər oğlu |
Xətai rayonu, İ.Zülfüqarov küçəsi 101 |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
5. |
Cabbarov Valeh Rəhbər oğlu |
Xətai rayonu, M.Hadi küçəsi 73 |
İnzibati protokol tərtib edilib |
6. |
Pənəliyev Loğman Sahib oğlu |
Xətai rayonu, İ.Zülfüqarov küçəsi 89 |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
7. |
Abbasov Elgün Valeh oğlu |
Xətai rayonu, İ.Zülfüqarov küçəsi 89 |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
8. |
Fərzəliyev Vaqif Nadir oğlu |
Xətai rayonu, M.Hadi küçəsi 58 |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
Ağcabədi rayonu üzrə |
|||
9. |
Ağamalıyev Rəşad Rəhim oğlu |
T.İsmayılov küçəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
Xaçmaz rayonu üzrə |
|||
10. |
Kərimov Eyvaz Kərim oğlu |
Köhnə Xaçmaz kəndi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.