...

Xətai rayonundakı atışmada xəsarət alanlar özəl klinikaya köçürüldü

Cəmiyyət Materials 6 Mart 2023 14:42 (UTC +04:00)
Xətai rayonundakı atışmada xəsarət alanlar özəl klinikaya köçürüldü
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Xətai rayonunda baş verən atışma zamanı güllə yarası alan iki nəfər Sabunçu Tibb Mərkəzindən köçürülüb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Məlumatda bildirilir ki, xəsarət alanlar işlədikləri müəssisə tərəfindən özəl klinikaya yerləşdirilib.

Xatırladaq ki, martın 4-də Bakının Xətai rayonu ərazisindəki supermarketlərdən birində atışma olub. Binaya daxil olan iki nəfər orada "Unibank"ın inkassatorlarına atəş açıb. Hadisə nəticəsində bir nəfər dünyasını dəyişib, iki nəfər isə ağır yaralanıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni törədən şəxslərdən biri polisə silahlı müqavimət göstərdiyi üçün məhv edilib, digər şəxs isə saxlanaraq istintaqa təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti