...

Azərbaycanda 559 nəfər sərhəd pozucusu saxlanılıb

Cəmiyyət Materials 17 Mart 2023 11:32 (UTC +04:00)
Azərbaycanda 559 nəfər sərhəd pozucusu saxlanılıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda qeyri-leqal miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində dövlət sərhədini pozmağa cəhd edən 247 nəfər qeyri-leqal miqrant saxlanılıb, onlara bələdçilik edən 3 nəfər məsuliyyətə cəlb edilib.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında Hesabatında qeyd edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbırlən nətıcəsındə 1 nəfər insan alveri qurbanı müəyyənləşdirilərək müvafiq tədbirlərin görülməsi üçün aidiyyati üzrə hüquq mühafizə orqanına təhvil verilib.

Dövlət sərhədinin pozulması və qaçaqmalçılıq fəaliyyətinin qarşısının alınmasına yönəldilmış tədbirlər nəticəsində 2022-ci il ərzində 426 halda 559 nəfər sərhəd pozucusu saxlanılıb. Saxlanılan sərhəd pozucularının 15,7%-i (88 nəfəri) qadın olmuşdur.

Sərhədboyu rejim qaydalanını pozdugu üçun 8,4 min halda 9.8 min nəfər saxlanılaraq barələrində muvafiq tədbirlər görülüb.

Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti