...

Azərbaycan idmaçılarının Ermənistanda keçiriləcək çempionatda iştirakına aydınlıq gətirilib

Cəmiyyət Materials 20 Mart 2023 12:50 (UTC +04:00)
Azərbaycan idmaçılarının Ermənistanda keçiriləcək çempionatda iştirakına aydınlıq gətirilib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Ağır Atletika Federasiyası Azərbaycan idmaçılarının Ermənistanda keçiriləcək Avropa çempionatında iştirak edəcəyi ilə bağlı məlumatlara aydınlıq gətirib.

Federasiyadan Trend-ə verilən məlumatda bildirilir ki, Azərbaycan Ağır Atletika Federasiyası olaraq yığma komandamızın Ermənistanda keçiriləcək təsnifat xarakterli Avropa çempionatında iştirakı ilə bağlı məlumatlar Avropa Ağır Atletika Federasiyasının sifarişlərin qəbulu üzrə onlayn sistemi vasitəsilə ilkin olaraq göndərilib.

"İştirak ilə bağlı son təsdiq 11 aprel tarixinə qədər sistem vasitəsilə təqdim edilməlidir. Sadəcə, prosedur qaydalarına riayət və təmin olunması üçün təmaslar olmalıdır. Bu proses isə hələ başlamayıb. Əlavə məlumat olduqca, ictimaiyyətə məlumat veriləcəkdir", - deyə federasiyadan qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti