...

Prokuror 4 yaşlı uşağı öldürüb quyuya atan şəxsə 11 il 6 ay cəza istədi

Cəmiyyət Materials 3 Aprel 2023 14:36 (UTC +04:00)
Prokuror 4 yaşlı uşağı öldürüb quyuya atan şəxsə 11 il 6 ay cəza istədi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda 4 yaşlı qızı öldürməkdə təqsirləndirilən Mehman Mansurovun məhkəmə istintaqı başa çatıb.

Trend-in məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən porsesdə prokuror təqsirləndirilən şəxsə cəza istəyib. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 11 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Proses aprelin 10-da davam etdiriləcək.

Qeyd edək ki, ötən il yanvarın 31-də 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Məlum olub ki, 1990-cı il təvəllüdlü M.Mansurov qonşuluqda yaşayan, 2018-ci il təvəllüdlü Məryəm Hüseynlini müxtəlif vaxtlarda döyüb. Uşağın öldüyünü görən M.Mansurov onu quyuya ataraq üzərinə torpaq töküb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 133.2.4-cü (Əzab vermə) maddələri cinayət işi başlanıb.

Xatırladaq ki, bu iş üzrə M.Hüseynlinin atası Taleh Allahyarov həbs olunub. Onun cinayəti ayrıca icraata ayrılıb.

Xəbər lenti

Xəbər lenti