...

Moskva Dövlət Universitetinin Bakı filialı vakansiya elan edir

Cəmiyyət Materials 10 Aprel 2023 15:53 (UTC +04:00)
Moskva Dövlət Universitetinin Bakı filialı vakansiya elan edir

Bakı. Terend:

M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı aşağıdakı vakansiyalar üzrə (seçim müsabiqə yolu ilə aparılır) daimi iş yerini tutmaq üçün dəvət edir:

1. Baş mühasib
2. Mühasib

Namizədlər qarşısında qoyulan tələblər:

• müvafiq ixtisas üzrə ali təhsil və dövlət büdcə müəssisələrində (o cümlədən, ali təhsil sistemində) iş təcrübəsi;
• Microsoft office, 1C kompüter proqramları üzrə bacarıqlar

Baş mühasib vəzifəsini tutmaq istəyən namizədlərin peşəkar mühasib sertifikatı olmalıdır.

3. Kadrlar şöbəsinin müdiri

Namizədlər qarşısında qoyulan tələblər:

• ali təhsil; insan resurslarının qəbulu, yerləşdirilməsi və istifadə edilməsi sistemində iş təcrübəsi;
• Microsoft Office kompüter proqramı üzrə bacarıqlar

CV və aşağıda göstərilən sənədləri (elektron variantda) [email protected] ünvanına 30 aprel 2023-cü il tarixinədək göndərməyiniz xahiş olunur:

• ali təhisl diplomu;
• sertifikatlar (varsa)

Əlavə məlumat üçün əlaqə telefonu: 012-598-93-24.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti