Bakı. Trend:
Bəzi qurumlar tərəfindən davamiyyəti olmayan işçilərə əməyin ödənişi edilmiş, bəzi hallarda hesablanmış məbləğlər şişirdilmiş, əməkhaqqı kartlarına əməyin ödənişi üzrə hesablanmış məbləğdən daha çox vəsait köçürülüb.
Trend-in məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında Hesabatda qeyd edilir.
Hesablama Palatasının 2022-ci il fəaliyyəti haqqında Hesabatına əsasən uyğunluq auditləri ilə 9,7 mln. manat məbləğində əmək haqqı ilə bağlı maliyyə pozuntuları aşkarlanıb.
Aşkarlanmış pozuntularla bağlı bölgülər aşağıdakı kimidir:
Artıq ştatların saxlanılması - 2,1 mln. manat
Davamiyyəti olmayanlara əməyin ödənişi - 4,2 mln. manat
Hesablanmış məbləğlərin şişirdilməsi və hesablanmış məbləğdən daha
çox vəsaitin köçürülməsi – 1,5 mln. manat
Dövlət qulluqçusu olmayanlara əsassız ödənişlər - 0,3 mln.
manat
Ali təhsili və ya müvafiq ixtisası olmayanların vəzifəyə təyin
edilməsi və əməkhaqqının verilməsi – 0,5 mln. manatMəzuniyyət
haqları və kompensasiyanın düzgün hesablanmaması- 0,5 mln.
manat
Nəzərdə tutulmadığı halda, mükafat və maddi yardımların verilməsi –
0,5 mln. manat
Digər nöqsanlar – 0,1 mln. manat