...

Zərifə Əliyeva unudulmaz bir şəxsiyyətdir - Aygün Əliyeva

Cəmiyyət Materials 25 Aprel 2023 13:01 (UTC +04:00)
Zərifə Əliyeva unudulmaz bir şəxsiyyətdir - Aygün Əliyeva
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı: Trend.

Zərifə xanım öz şəxsi nümunəsi ilə Azərbaycan qadınının ideal obrazını yaradıb.

Trend-in məlumatına görə, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı Agentliyinin İcraçı direktoru Aygün Əliyeva deyib.

Onun sözlərinə görə, Zərifə xanımın missiyası bu gün hər bir xanım üçün örnəkdir. Görkəmli akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür sürüb.Azərbaycanda elmi fəaliyyəti ilə tibb sahəsinin inkişafına töhfələr verib. Zərifə xanımın oftalmologiyaya dair araşdırmalarının uğurlu nəticəsi olan əsərləri hər zaman təqdirlə qarşılanıb və yüksək qiymətə layiq görülüb.

"Zərifə xanım Əliyeva unudulmaz bir şəxsiyyətdir. Belə ki, Zərifə xanımın humanist həkimlik peşəsi, elm adamı, ictimai xadim kimi fəaliyyəti, ləyaqətli həyat yoldaşı, ana, nənə kimi missiyası bu gün də sözün əsl mənasında yaşayır", - A.Əliyeva qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti