...

Qəzalarda ölən və yaralanan şəxslərə görə sığorta ödənişinin həcmi açıqlanıb

Cəmiyyət Materials 2 May 2023 11:53 (UTC +04:00)
Qəzalarda ölən və yaralanan şəxslərə görə sığorta ödənişinin həcmi açıqlanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ildə Azərbaycan İcbari Sığorta Bürosu vətəndaşlara üçüncü şəxslərin sağlamlığına dəyən zərərlərə görə bir milyon manata yaxın ödəniş edib.

Trend çərşənbə axşamı xəbər verir ki, bunu Azərbaycan İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov deyib.

Onun sözlərinə görə, bu il Büro tərəfindən sağlamlığına naməlum və ya sığortalanmamış şəxs tərəfindən, yaxud oğurlanmış nəqliyyat vasitəsi ilə zərər yetirilmiş vətəndaşlara ödənişlər bir milyon manat yaxud ondan da yüksək olacaq.

"2011-ci ildən bugünədək sağlamlığına sığortalanmamış şəxs tərəfindən və ya oğurlanmış nəqliyyat vasitəsi ilə zərər yetirilmiş istənilən vətəndaş ödəniş üçün müraciət edə bilər", - deyə o əlavə edib.

Qeyd etmək lazımdır ki, "İcbari sığortalar haqqında" Qanuna əsasən sağlamlığına naməlum və ya sığortalanmamış şəxs tərəfindən, yaxud oğurlanmış nəqliyyat vasitəsi ilə zərər yetirilmiş üçüncü şəxslər Bürodan kompensasiya almaq hüququna malikdirlər. Zərərçəkmiş həyatını itirdikdə bu hüquq onun ailə üzvlərinə keçir. Qanuna görə yol-nəqliyyat hadisəsi nəticəsində ölüm halına görə sığorta ödənişi 5 min manat, travmalar zamanı isə 750-4000 manat təşkil edir.

Xatırladaq ki, 2023-cü il yanvarın 1-nə Azərbaycanda sığorta şirkətlərinin aktivlərinin ümumi həcmi 1,455 milyard manat olub (il ərzində 18,8 faiz artım). Azərbaycanın sığorta şirkətlərinin öhdəliklərinin həcmi 1,027 milyard manata yaxındır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti