...

“Heydər Əliyev ili” çərçivəsində ADRA-da silsilə tədbirlər həyata keçirilib (FOTO)

Cəmiyyət Materials 10 May 2023 14:56 (UTC +04:00)
“Heydər Əliyev ili” çərçivəsində ADRA-da silsilə tədbirlər həyata keçirilib (FOTO)

Bakı. Trend:

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) kollektivi ümummilli liderin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar.

Ulu öndərin həyat və fəaliyyətinə həsr olunan konfransı açıq elan edən ADRA-nın İdarə Heyətinin sədri Aydın İbadov bildirib ki, Heydər Əliyev Azərbaycan xalqının yaddaşına müdrik lider, xilaskar, nəhəng quruculuq işlərinin müəllifi, həyat və fəaliyyəti ilə vətənə sədaqətin, bağlılığın ali meyarını yaratmış tarixi şəxsiyyət kimi həkk olunub. O, “Heydər Əliyev ili” çərçivəsində ADRA-nın təkcə Bakıda deyil, ərazi reklam idarələrində də silsilə tədbirlər həyata keçirdiyini vurğulayıb.

Bildirilib ki, Sumqayit, Bərdə, Şəki, Gəncə, Lənkəran, Şirvan və Quba Regional Reklam İdarələrində seminar, konfanslardan əlavə abadlaşdırma işləri aparılıb, agacəkmə aksiyaları həyata keçirilib. Nəticədə yüzlərlə agacın əkilməsi təmin olunub. “Heydər Əliyev İli” ilə bağlı “Tədbirlər Planı”na uyğun olaraq, ölkə ərazisindəki açıq məklan reklam qurğularında müvafiq poster və bannerlər yerləşdirilib, rəqəmli bilbordlarda və monitorlarda isə videoçarxların nümayişi həyata keçirilir. Bu qəbildən olan tədbirlər il ərzində davam etdiriləcək. Konfransa daha sonra Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Strateji inkişaf və kommunikasiya şöbəsinin böyük mütəxəssisi, YAP Səbail rayonu Neftçilər prospekti - 24 ərazi partiya təşkilatının sədri İmmiyə Zamanova çıxış edib. Tədbirə ADRA-nın hazırladığı, Ulu öndərin həyat və fəaliyyətinə həsr olunan filmin nümayişi ilə yekun vurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti