...

131 avtobusun hərəkət intervalında gecikmələr var

Cəmiyyət Materials 19 May 2023 19:16 (UTC +04:00)
131 avtobusun hərəkət intervalında gecikmələr var
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Vahid Dispetçer Xidmətinin bu gün axşam pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 49 müntəzəm marşrut xətti üzrə 131 avtobusun hərəkət intervalında gecikmələr var.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, gecikmələr əsasən aşağıdakı istiqamətlər üzrə müşahidə olunur:

1. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M. K. Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-16 dəqiqə gecikmə müşahidə olunur.

2. Binəqədi şosesi – Binəqədi istiqamətində sıxlıq müşahidə olunur. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 9-13 dəqiqə gecikmə müşahidə olunur.

3. Bakı-Sumqayıt şosesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 14-22 dəqiqə gecikmə müşahidə olunur.

4. Xocalı prospekti - Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 18-24 dəqiqə gecikmə müşahidə olunur.

5. 28 May küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti Azneft dairəsi istiqamətində 5, 18, 88, 125, 127,149 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 17-19 dəqiqə gecikmə müşahidə olunur.

6. Mikayıl Useynov prospekti Azneft meydanı istiqamətində 5, 6, 53, 88, 125, 127,149 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-18 dəqiqə gecikmə müşahidə olunur.

7. Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 13, E1, 38 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-25 dəqiqə gecikmə müşahidə olunur.

8. Koroğlu Rəhimov küçəsi – hər iki istiqamətində sıxlıq. Bu səbəbdən həmin ərazidən keçən 13 nömrəli müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda 14-18 dəqiqə gecikmə müşahidə olunur.

9. Tbilisi prospekti – 20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-19 dəqiqə gecikmə müşahidə olunur.

10. Şah İsmayıl Xətai prospekti Təhsil Nazirliyi istiqamətində sıxlıq müşahidə olunur. Bu səbəbdən də həmin ərazidən keçən 11, 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 20-24 dəqiqə gecikmə müşahidə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti