...

Məhkəmə eksperti şəhadətnaməsinin verilməsi qaydası təsdiqlənib

Cəmiyyət Materials 27 May 2023 12:01 (UTC +04:00)
Məhkəmə eksperti şəhadətnaməsinin verilməsi qaydası təsdiqlənib

Bakı. Trend:

“Məhkəmə eksperti şəhadətnaməsinin verilməsi qaydası” təsdiq edilib.

Trend-in məlumatına görə, bu barədə baş nazir Əli Əsədov qərar imzalayıb.

Qaydaya əsasən şəhadətnamə tabeliyində olan məhkəmə ekspertizası idarələrinin ekspertlərinə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – dövlət orqanları), özəl məhkəmə ekspertlərinə isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – Ədliyyə Nazirliyi) tərəfindən verilir.

Xəbər lenti

Xəbər lenti