Bakı. Trend:
Son illər media müxtəlifliyi, istehsalı və yayımı uşaqların hüquqlarının qorunmasını daha da aktual edir.
Trend-in məlumatına görə, bunu bu gün Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov “Audiovizual mediada uşaq hüquqlarının qorunması” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.
O bildirib ki, çoxsaylı informasiya resurslarında uşaqların əqli, fiziki və mənəvi inkşafına zərər verəcək məhsullara rast gəlinir: "Belə məhsullardan uşaqları qorumaq ilk növbədə valideynlərin və hüquqi təmsilçilərin üzərinə düşsə də, dövlətin xüsusi vəzifələri var. Ölkədə beynəlxalq təcrübə və qanunlar çərçivəsində də uşaqların hüquqlarının qorunması üçün tədbirlər keçirilir. Tədbirin keçirilməsində məqsəd bu sahədə olan mövcud problemlərin həlli yollarının tapılmasıdır", - F.Novruzov qeyd edib.