...

PAŞA Həyat və İRS Nəşriyyat Evi İtaliyada “Dirçəliş. Başlanğıc” kitabını təqdim edib (FOTO)

Cəmiyyət Materials 17 İyun 2023 12:54 (UTC +04:00)
PAŞA Həyat və İRS Nəşriyyat Evi İtaliyada “Dirçəliş. Başlanğıc” kitabını təqdim edib (FOTO)

Bakı. Trend:

15 iyun tarixində PAŞA Həyat və İRS Nəşriyyat Evi Azərbaycanın İtaliyadakı Mədəniyyət Mərkəzində yeni nəşr edilən “Dirçəliş. Başlanğıc” kitabının təqdimatını keçirib.

Trend xəbər verir ki, “Qurtuluş Gününə” həsr olunmuş tədbirdə Azərbaycan diasporasının üzvləri, yerli akademik dairələrin təmsilçiləri iştirak ediblər.

Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov, PAŞA Həyat şirkətinin İdarə Heyətinin sədri Niyaz İsmayılov və İRS Nəşriyyat Evinin baş redaktoru Musa Mərcanlı çıxış etmiş, işğaldan azad olunmuş ərazilərdə quruculuq və bərpa işləri haqda ətraflı məlumat vermişdilər.

Qeyd edək ki, “İRS” silsiləsi çərçivəsində sayca 21-ci olan “Dirçəliş. Başlanğıc” kitabı ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Yeni nəşrin məqsədi Qarabağın və Şərqi Zəngəzurun erməni işğalından azad olunmuş torpaqlarında iki il ərzində baş vermiş dəyişiklikləri maksimal dərəcədə tam təsvir etməkdən ibarətdir. Kitab üçün xüsusi xəritə işlənilib ki, burada bütün proseslərin aparılma mexanizmi və onların mərhələləri göstərilir. Regionun dinc həyata qayıtması, avtomobil və dəmir yollarının çəkilməsi, bərpa edilən və yenidən tikilən su elektrik stansiyalarının, yeni hava limanlarının fəaliyyət göstərməsi, dağıdılmış şəhər və kəndlərin dirçəldilməsi haqda məlumatlar kitabda öz əksini tapıb.

Kitab azərbaycan, rus, ingilis dillərində nəşr edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti