...

Sabah 28 minə yaxın müəllim sertifikasiya imtahanında iştirak edəcək

Cəmiyyət Materials 19 İyun 2023 14:29 (UTC +04:00)
Sabah 28 minə yaxın müəllim sertifikasiya imtahanında iştirak edəcək
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Sabah 28 minə yaxın müəllim sertifikasiya imtahanında iştirak edəcək.

Trend-in məlumatına görə, bu barədə bu gün Təhsil İnstitutunun (ARTİ) İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli media üçün keçirilən brifinqdə deyib.

“8500 nəfər Azərbaycan dili və ədəbiyyat, 19 500 nəfər isə ibtidai sinif üzrə prosesə cəlb olunacaq. İmtahan gün ərzində, səhər və günorta olmaqla iki seans təşkil ediləcək.

Yaşı 60-dan yuxarı 5700-dən artıq müəllim isə sertifikasiyada iştirak etməyəcək, onlara imtahanda iştirak üçün göndərilən dəvət ötən gün geri götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti