Bakı. Trend:
Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində “Karyerada ilk addım” məşğulluq yarmarkası keçirilir.
Trend xəbər verir ki, 2 nömrəli Bakı Baza Tibb Kollecinin Karyera yarmarkasında iştirak edən məzunlarının minimum 30%-i işlə təmin olunacaq.
Qeyd edilib ki, 2022/2023-cu tədris ilində 2 nömrəli Bakı Baza Tibb Kollecindən Tibb bacısı (qardaşı) işi, Mamalıq, Müalicə işi, Əczaçılıq ixtisasları üzrə 503 tələbənin məzun olması gözlənilir.
Həmin məzunların işlə təmin olunmasına dəstək göstərmək üçün kollec onların işəgötürən dövlət orqanları və qurumlarının, o cümlədən Səhiyyə Nazirliyinin ve TƏBİB-in tabeliyində olan tibb müəssisələri, digər dövlət ve özəl tibb ve aptek təşkilatlarının nümayəndələri ilə görüşünü təşkil etməyi planlaşdırır.
Kollecdə yaradılacaq guşələrdə tibb müəssisələrinin va aptek təşkilatlarının nümayəndələri mezunlarla görüşüb müsahibə aparacaqlar.