...

“Azərbaycan Beynəlxalq Bankı”na məxsus 21 nəqliyyat vasitəsi özəlləşdirilib

Cəmiyyət Materials 21 İyul 2023 06:05 (UTC +04:00)
“Azərbaycan Beynəlxalq Bankı”na məxsus 21 nəqliyyat vasitəsi özəlləşdirilib

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus nəqliyyat vasitələrinə ümumilikdə 219 sifariş qəbul edilib, 21 nəqliyyat vasitəsi satılıb.

Dövlət Xidmətindən Trend-ə bildirilib ki, əksər avtomobillər üzrə hərrac rəqabətli olub. Belə ki, “Hyundaı İX-35” markalı avtomobilin start qiyməti 16 min manat olsa da, son təklif 20.500 manata yüksəlib. Bundan başqa, 2.500 ilkin satış qiyməti ilə təklif edilən “Mercedes Sprinter” markalı nəqliyyat vasitəsi 17.200 manata satılıb.

Növbəti hərrac iyulun 25-də keçiriləcək. Hərraca ümumilikdə 6 səhmdar cəmiyyətin səhm paketi, 7 kiçik dövlət müəssisəsi və obyekti, 41 nəqliyyat vasitəsi çıxarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti