...

Diplomatik korpus üzvləri Ağdam Konfrans Mərkəzində olublar (FOTO)

Cəmiyyət Materials 16 Avqust 2023 13:13 (UTC +04:00)
Diplomatik korpus üzvləri Ağdam Konfrans Mərkəzində olublar (FOTO)

Ağdam. Trend:

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələrin Ağdama səfəri başlayıb.

Trend xəbər verir ki, akkreditə olunmuş diplomatik korpusun üzvləri və hərbi nümayəndələr Ağdama səfər çərçivəsində Ağdam Konfrans Mərkəzində olublar.

Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Ağdam Konfrans Mərkəzinin inşa tarixi və tutumu barədə qonaqlara məlumat verib. Bildirilib ki, konfrans mərkəzi Ağdam rayonu işğaldan azad edildikdən sonra inşa olunub. Mərkəz artıq beynəlxalq və yerli tədbirlərə ev sahibliyi edir.

Eyni zamanda xarici diplomatlar Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyində də olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti