Bakı. Trend:
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentlikdən Trend-ə verilən məlumata görə, daxil olmuş vətəndaş müraciəti əsasında Bakının Qaradağ rayonunda Lökbatan şəhərtipli qəsəbə, S.Orucov küçəsi, ev 1 ünvanında fəaliyyət göstərən, fiziki şəxs İsayev Abuzər Vahid oğluna məxsus “Vahid” marketdə yoxlama aparılıb.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların, sanitariya norma və qaydaların pozulduğu aşkar olunub.
Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb.