Bakı. Trend:
Füzuliyə qayıtmağımı böyük həsrətlə gözləyirdim.
Bunu Trend-ə açıqlamasında Füzuli sakini Sərxanov Zaməddin deyib.
“Bu günü yaşadığım üçün cənab Prezident İlham Əliyevə və ordumuza minnətdaram. Mənim üçün çox gözəl bir gündür. Mənə yuxu kimi gəlir. Sevincimi sözlərlə ifadə edə bilmirəm. Füzuli mənim aldığım nəfəsdir. Vətəni sevmək imandandır”, - deyə o qeyd edib.
Qeyd edək ki, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı çərçivəsində bu gün növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 102 nəfər köçürülüb. Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Füzuli şəhərində 95 ailə, yəni 349 nəfərin daimi məskunlaşması təmin edilib.