...

Beynəlxalq təşkilatlar Ermənistanı qınamalıdır - ETSN yanında İctimai Şuranın sədri

Cəmiyyət Materials 12 Sentyabr 2023 12:08 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qeyri-qanuni erməni silahlı dəstələrinin 27 illik işğal dövründə Azərbaycanın ekologiyasına vurduğu ziyan göz qabağındadır.

Bu barədə Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov deyib.

"Onların bu əməlləri bizi təəccübləndirmir. Çünki işğal dövründə o ərazilərdə açıq sahələrdə, meşələrdə qəsdən yanğınlar törətməklə orada floranın yanmasına, bilavasitə orada yaşayan fauna növlərinin, hətta içərisində "Qırmızı kitab"a daxil olan növləri daxil olmaqla, məcburən yaşayış arealını tərk etmələrinə, məhv edilməsinə səbəb olub.

Bununla bağlı beynəlxalq təşkilatlar öz mövqelərini bildirməli və Ermənistanı buna görə qınamalı, xəbərdarlıq etməlidir. Vətəndaş cəmiyyəti olaraq, buna hər zaman etirazımızı bildirmişik və bildirəcəyik", - deyə o bildirib.

Xatırladaq ki, sentyabrın 11-i saat 08:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər.

Belə ki, qeyri-qanuni erməni silahlı dəstələri itin üzərinə uzaqdan idarə olunan əldəqayırma (improvizə edilmiş) partlayıcı qurğu bağlayaraq, mövqelərimiz istiqamətində hərəkət etməyə məcbur ediblər.
Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində erməni silahlılarının terror-təxribat əməlinin miqyasını böyütmək və şəxsi heyətə daha çox xəsarət yetirmək məqsədilə mövqelərimizə daxil olan itin üzərindəki əldə düzəlmə partlayıcı qurğunu işə salmaq cəhdinin qarşısı alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti