...

Dövlət Agentliyinin xidməti minik avtomobillərinin sayı artırıldı

Cəmiyyət Materials 12 Sentyabr 2023 18:49 (UTC +04:00)
Dövlət Agentliyinin xidməti minik avtomobillərinin sayı artırıldı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin xidməti minik avtomobillərinin sayı artırılıb.

Trend xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.

Qərara əsasən, "Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”ndə dəyişiklik edilib.

Beləliklə, Dövlət Agentliyinin xidməti minik avtomobillərinin sayı 2-dən 3-ə qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti