...

Bu il Bakı məktəblərində 482 minə yaxın şagird təhsil alacaq

Cəmiyyət Materials 13 Sentyabr 2023 12:07 (UTC +04:00)
Bu il Bakı məktəblərində 482 minə yaxın şagird təhsil alacaq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə, 481 131 şagird təhsil alacaq.

İdarədən Trend-ə verilən məlumata görə, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 40 500, IX sinfində 41 016, X sinfində 31 300, XI sinfində 26 887, XII sinfində 130 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəslərinə 34 995 uşağın, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına isə 23 000-ə yaxın beşyaşlının cəlb olunacağı gözlənilir.

2023-2024-cü tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 28 498 müəllim, məktəbəqədər təhsil müəssisəslərində isə 4 375 tərbiyəçi-müəllim çalışacaq.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi tipli ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb, 344 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti