...

Ağdaş sakini Bakıda hosteli soydu

Cəmiyyət Materials 16 Sentyabr 2023 10:49 (UTC +04:00)
Ağdaş sakini Bakıda hosteli soydu
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Ağdaş sakini Bakıda hosteldən oğurluq edib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 7-də rayon ərazisindəki hostellərin birindən 1080 manat pul, noutbuk və mobil telefon oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Nurani Atakişiyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti