...

Rusiyada təhsil alan azərbaycanlı tələbələr “AMOR Əlaçı Təqaüdü”nü qazanıblar

Cəmiyyət Materials 22 Sentyabr 2023 17:00 (UTC +04:00)
Rusiyada təhsil alan azərbaycanlı tələbələr “AMOR Əlaçı Təqaüdü”nü qazanıblar

Bakı. Trend:

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) fəxri sədri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “AMOR Əlaçı Təqaüdü” müsabiqəsində bu il 24 azərbaycanlı tələbə qalib gəlib.

Təhsildə fərqlənən tələbələrə hərtərəfli dəstək və qayğı göstərmək, gənclərin təhsilə olan marağını artırmaq məqsədilə təşkil olunan müsabiqə 2009-cu ildən etibarən uğurla həyata keçirilir və bugünədək 434 tələbəni əhatə etmişdir.

Müsabiqə çərçivəsində Rusiya Federasiyasının ali təhsil müəssisələrində təhsil alan əlaçı azərbaycanlı tələbələrə təhsil xərclərinin qarşılanması üçün maliyyə dəstəyi göstərilir.

Xatırladaq ki, AMOR Rusiya Federasiyasında yaşayan azərbaycanlı gənclərin vahid təşkilatda birləşməsi, onların sosial sahədə, yaradıcılıq və təhsil istiqamətlərində təşəbbüslərinin dəstəklənməsi məqsədilə 2009-cu ildə Leyla Əliyevanın təşəbbüsü ilə yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti