...

Maşın qaçıran qardaşlar ələ keçdi

Cəmiyyət Materials 14 Noyabr 2023 10:26 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Abşeronda maşın qaçılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, noyabrın 13-də saat 15 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisindən “VAZ-21011” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Aydın Hüseynov və qardaşı Xanlar Nərimanov rayonu ərazisində avtomobillə saxlanılıblar.

Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti